image-1backend

Türk Hava Yolları 2023-cü ildə rekord sayda sərnişin daşıdı

image-reklam_sirab_01

Türk Hava Yolları (THY) 2023-cü ildə 83,4 milyon sərnişin daşıyaraq rekorda imza atdı.
Vətəninfo.az xəbər verir ki, aviaşirkətin dekabr ayında daşıdığı ümumi sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 6,1 milyon nəfərə çatıb. THY-nin beynəlxalq doluluq nisbəti 80 faiz, daxili uçuşlarda doluluq nisbəti isə 78 faiz təşkil edib.
THY-nın keçən ilin yanvar-dekabr ayları arasında daşıdığı sərnişin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,1 faiz artıraraq 83,4 milyona çatıb. Beləliklə aviaşirkət bütün zamanların rekorduna imza atıb.
Qeyd edək ki, THY-nin donanmasındakı təyyarələrin sayı 440-a yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki