image-reklam-veteninfo
image-1backend

Türk ordusu hərəkətə keçdi: PKK-ya ağır zərbələr endirildi

image-reklam-veteninfo

İraq və Suriyanın şimalında terror təşkilatı PKK-ya ağır zərbələr endirilib
İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələri ilə Suriyanın şimalında həyata keçirilən hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK-nın çox sayda üzvü zərərsizləşdirilib, həmçinin terror təşkilatına aid 23 hədəf məhv edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda separatçı terror təşkilatı PKK/KCK və digər terror ünsürlərinin zərərsizləşdirilməsi, İraqın şimalından Türkiyəyə və təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən terror aktlarının aradan qaldırılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əməliyyatının həyata keçirildiyi bildirilib. Hava əməliyyatının BMT nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyi qeyd olunub.

”İraqın şimalındakı Qara, Metina, Hakurk və Qəndil bölgələri ilə Suriyanın şimalında terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Həyata keçirilən hava əməliyyatları nəticəsində separatçı terror təşkilatı tərəfindən istifadə edilən mağara və sığınacaqlar məhv edilib. Hava əməliyyatı zamanı milli imkanlarla istehsal edilən silahlardan istifadə olunub”,-bəyanatda vurğulanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki