image-1backend

“Türkiyə Alyansın cənub cinahında mühüm rol oynayır”- Stoltenberq

image-reklam_sirab_01

“Türkiyə Alyansın cənub cinahında mühüm rol oynayır”.

Vətəninfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Müdafiə Nazirləri Toplantısının girişində jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlər Stoltenberqə “Avropalı müttəfiqlər ABŞ-ın keçmiş prezidenti Donald Trampın NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsini yalnız kifayət qədər müdafiəyə pul xərcləyən ölkələr üçün aktivləşdirmək təklifindən narahat olduqları və yenidən “strateji muxtariyyət”, “Avropaya xas nüvə potensialı” mövzusunda müzakirələrə üz tutduqlarını xatırladaraq, “Bunun NATO üçün Avropada sona çatması demək olub-olmadığını” soruşub.

Stoltenberq suala cavabən deyib:

“Avropalı müttəfiqlərin müdafiəyə daha çox sərmayə qoymağını alqışlayıram. NATO uzun illərdir ki, buna çağırır. NATO həmçinin avropalı müttəfiqlərini yüksək səviyyəli imkanlara daha çox sərmayə qoymağa, yüksək hazırlıq səviyyəsində daha çox qüvvəyə malik olmağa çağırır. İndi avropalı müttəfiqlər cavab verir, lakin bu, NATO-nun alternativ deyil. Bu, əslində NATO-nu gücləndirmək üçün bir yoldur. Biz Avropanı Şimali Amerikadan ayırmağa çalışdığımızı göstərən heç bir vasitəyə əl atmamalıyıq.”

NATO-nun müdafiə xərclərində Aİ üzvü olmayan müttəfiqlərin payının 80 faiz olduğuna diqqət çəkən Stoltenberq “Bu, təkcə qaynaqlarla bağlı deyil, həm də coğrafiya ilə bağlıdır. Cənuba baxsanız, Türkiyə var. Üzv deyil. Aİ üzvü deyil lakin bu, bizim cənub cinahımız üçün vacibdir” deyib.

Stoltenberq şimalda Norveç və İslandiya kimi böyük hərbi güc olmasa da, transatlantik əlaqə baxımından vacibdir və ABŞ, Kanada və Böyük Britaniyanın da Aİ üzvü olmayan ölkələr olduğunu, lakin Avropanın təhlükəsizliyi üçün kritik ölkələr olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki