image-reklam-veteninfo
image-657406e20aaf5backend

“Türkiyə bu prosesdən kənarda qala bilməz” -Elxan Şahinoğlu

image-reklam-veteninfo

“Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycana gəlişi indiki dövrdə əhəmiyyətlidir, biz strateji müttəfiqik, “Şuşa bəyannaməsi” daimi məsləhətləşməni diqtə edir.” -bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq hesab edir ki, ciddi hadisələr baş verib, Azərbaycanla Ermənistan arasında birbaşa rabitə formalaşıb, əsirlər dəyişdirilib, inam atmosferinin güclənidirlməsi və sülh sazişinin imzalanması üçün təmaslar genişlənib.

“Türkiyə bu prosesdən kənarda qala bilməz. Çünki Ermənistan Azərbaycanla sülh sazişi imzalayan kimi İrəvanın Türkiyə ilə münasibətlərinin də normallaşması prosesi başlayacaq. Ona görə də Bakı ilə Ankaranın İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə olduğu kimi sinxron hərəkət etməsinə ehtiyac var.”- deyə Elxan Şahinoğlu bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki