image-1backend

“Türkiyə enerji sahəsində ən etibarlı tərəfdaşdır”- Putin 

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Türkiyənin enerji sahəsində ən etibarlı tərəfdaş olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Rusiyanın “Rossiya-1” dövlət kanalına müsahibəsində ölkəsinə enerji daşınmasını məhdudlaşdırdığına dair ittihamlara diqqət çəkən V.Putin deyib: “Onlar daim deyirlər ki, Rusiya enerji vermir, məhdudlaşdırır. Biz heç nəyi məhdudlaşdırmırıq, hər şey də veririk. Amma ən etibarlı tərəfdaş türkiyəlilər oldu. Ona görə də daşımalar “Türk axını” xətti ilə həyata keçirilir.

Avropa ölkələri Rusiya qazını alıb-almayacağına özləri qərar verməlidir. Əgər ehtiyacları varsa, alarlar, yoxsa onlarsız da həll edərik.

Rusiya indi təbii qaz ixracında Avropa əvəzinə fərqli marşrutlara üstünlük verir. Biz bu enerji resursları ilə təkcə mənzil-kommunal sistemini deyil, həm də Rusiya iqtisadiyyatı və sənayesindəki problemləri həll etməyə çalışırıq.

Düzdür, Rusiya Avropaya qaz ixrac etdiyi zaman daha çox pul qazandı. Amma digər tərəfdən biz enerji sektorundan nə qədər az asılı olsaq, bir o qədər yaxşıdır. Çünki iqtisadiyyatın qeyri-enerji hissəsi əvvəlkindən daha sürətlə inkişaf edir.

Qərb ölkələri bizdən qaz almağı dayandırmaqla Rusiya iqtisadiyyatına daimi ziyan vurmağı düşündülər. Lakin proses bunun əksinə getdi. İndi onlar dönməz yola giriblər: Avropada istehsal sənayesi ABŞ da daxil olmaqla, daha əlverişli və enerji resurslarının daha ucuz olduğu ölkələrə sürüşür. Çünki təbii qazı mayeləşdirməli, sonra okeana göndərməli, daha sonra yenidən qazlaşdırıb gətirməlidirlər. Bütün bunlar ortaya əlavə xərclər çıxarır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki