Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Təhsil Nazirliyinin bəyanatından deyilir: “Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixososial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”.
Özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib. Belə ki, bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək.


























