image-img_20240304_130517backend

Türkiyəli jurnalist: “Türkiyə və Azərbaycanla münasibətlərini yaxşılaşdırması Ermənistanın xeyrinədir”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin “Yetkin Report” saytının rəhbəri Murad Yetkin Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri haqqında yazıb ki, Azərbaycan öz coğrafi üstünlüklərindən, xüsusilə neftdən və İranla qonşu olmaqdan istifadə edir.

Yetkin Ermənistanla bağlı deyib: “Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistana siyasi və iqtisadi baxımdan fayda verəcək. Paşinyan və tərəfdarları iradə göstərib, mövcud imkanlardan istifadə etsələr, Azərbaycanla daim təmasda olan Türkiyənin öz təsirindən sülh sazişi üçün istifadə edəcəyi gözlənilir”.

Qlobal məsələlərdən yan keçməyən türkiyəli jurnalist əlavə edib:
“Bir tərəfdən Rusiya və Ukrayna müharibə aparır, digər tərəfdən Qərb və ABŞ diplomatik əlaqələrini İsraili dəstəkləməyə yönəldir, bu da ola bilsin ki, İrəvanın Bakıya qarşı lazımı dəstəyi tapmayacağına gətirib çıxaracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki