image-1backend

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy:”Turizmdən 2023-cü ildə 54 milyard dollar gəlir əldə etmişik”

image-reklam_sirab_01

“Türkiyə turizmdən 2022-ci ili 46,3 milyard dollar, 2023-cü ili isə 54 milyard dollar gəlir əldə edib”- Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy  TV100-də yayımlanan “Candaş Tolqa Işıkla Az əvvəl Danışdım” verilişinin qonağı olan zaman bildirib. Nazir əlavə edib ki, 2024-cü il Türkiyə turizminin sıçrayış ili olacaq.

“Biz yeni bir dövrə doğru inamla addımlayırıq. 2024-cü ildə daha yüksək hədəflərə nail olacayıq” – deyə Mehmet Ersoy bildirib.

Ersoy 2023-cü ilə qədər turizm bölgələrində İstanbulu təxminən 16 milyon insanın ziyarət etdiyini, Antalya bölgəsinin də eyni sayda ziyarətçi qəbul etdiyini bildirib.

Ərəb turistlərin Türkiyədəki turizmin yüzdə 15-dən çoxunu təşkil etdiyini və daha çox İstanbul və Qara dəniz bölgəsini ziyarət etdiklərini  qeyd edən  Ersoy, bu il bu turistlərin sayının daha da artacağını əmin edib.

” Bu il ən az 60 milyard dollar gəlir əldəedəcəyik. Bu, asanlıqla əldə edə biləcəyimiz bir artımdır.”- deyə Mehmet Ersoy əmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki