image-reklam-veteninfo
image-1backend

Ukrayna bu şəhəri dronlarla VURDU  

image-reklam-veteninfo

Ukrayna dronlarının Rusiyanın Sverdlovsk vilayətinə kütləvi hücum etdiyi bildirilir.

Vətəninfo.az xəbər verir ki, Sverdlovsk vilayətinin qubernatoru Denis Paslerin sözlərinə görə, avqustun 31-də günorta saatlarından etibarən vilayətə dron hücumu həyata keçirilib. Hücum nəticəsində yaşayış binalarına və logistika mərkəzinə ziyan dəyib, ərazidə yanğınlar qeydə alınıb.

Pasler ölənlərin olmadığını bildirib. Yaralılarla bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.

Rusiya Prezidentinin Ural Federal Dairəsindəki nümayəndəsi Artyom Joqa da Yekaterinburqa hücum edildiyini təsdiqləyib.

Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, hücumun əsas hədəfi “Wildberries” onlayn ticarət platformasının paylama mərkəzi olub. Bildirilir ki, dronlardan yalnız biri anbara qədər çata bilib və obyektin bir neçə metrliyinə düşüb.

“Wildberries” şirkəti hücum zamanı əməkdaşların təxliyə edildiyini və logistika kompleksinə zərər dəymədiyini açıqlayıb.

“Astra”nın məlumatına görə, dronlardan biri Yekaterinburqun Çkalov rayonundakı “Utes” yaşayış kompleksinin ərazisinə düşüb. Sakinlər bir neçə mənzilin zərər gördüyünü, pəncərələrin sındığını və divarların uçduğunu bildiriblər. Onların sözlərinə görə, sakinlərin evlərini tərk etməsinə icazə verilməyib və onlar yaxınlıqdakı məktəbin zirzəmisində yerləşdiriliblər.

Qeyd edək ki, iyulun 18-dən etibarən Ukrayna Silahlı Qüvvələrinin “Wildberries”in logistika obyektlərini hədəfə aldığı barədə məlumatlar yayılır. Bildirilir ki, bir ay yarım ərzində Rusiyanın 16 regionunda şirkətin 23 paylama mərkəzinə zərbələr endirilib.

Ukrayna Müdafiə Nazirliyi daha əvvəl “Wildberries”in ən böyük 10 logistika mərkəzindən yeddisinin sıradan çıxarıldığını açıqlamışdı. Onların arasında Moskva yaxınlığındakı Koledino qəsəbəsində yerləşən və sahəsi 250 min kvadratmetr olan mərkəz də var.

Data Insight analitiklərinin hesablamalarına əsasən, avqustun ortalarına qədər “Wildberries”in logistika infrastrukturuna dəyən birbaşa zərərin 147-223 milyard rubl olduğu təxmin edilir. Satıcıların itirdiyi malların dəyərinin isə 445-507 milyard rubl təşkil etdiyi bildirilir. Ümumi zərərin 800 milyard rubla çata biləcəyi qeyd olunur.

Bundan başqa, avqustun 22-dən etibarən Rusiyanın ikinci ən böyük onlayn ticarət platforması “Ozon”un logistika obyektlərinin də hücumların hədəfinə çevrildiyi bildirilir. Son iki həftə ərzində şirkətin Samara vilayətində, Krasnodar və Stavropol diyarlarında, Dağıstan və Adıgey respublikalarında, həmçinin Rostov-na-Donu və Belqorodda yerləşən obyektlərinə hücumlar barədə məlumatlar yayılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki