image-reklam-veteninfo
image-1backend

Ukrayna Donbasda üç yaşayış məntəqəsini azad edib – DeepState

image-reklam-veteninfo

Ukrayna Müdafiə Qüvvələri Donbasda, Liman istiqamətində üç yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətində yerləşən Kolodyazı, Lıpove və Zelena Dolyna yaşayış məntəqələrini azad ediblər. Bundan başqa, müdafiə qüvvələri Stavki və Şandriholove yaşayış məntəqələrinin yaxınlığında da nəzarəti bərpa edib.

“DeepState”in xəritəsinə əsasən, azad edilən ərazilər daha əvvəl Ukrayna ordusunun “Vivaldi” əməliyyatı çərçivəsində uğur qazandığı bölgənin şimalında yerləşir. Layihənin hesablamalarına görə, bu istiqamətdə Ukrayna qüvvələrinin nəzarətinə keçən ərazilərin ümumi sahəsi 88,17 kvadratkilometrə çatıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Aleksandr Sırski daha əvvəl Rusiya ordusunun hücum potensialının əhəmiyyətli dərəcədə zəiflədiyini bildirmişdi.

Bununla belə, “Reuters” agentliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin sülh danışıqları çərçivəsində Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin də Rusiyaya verilməsini tələb edir. Nəşrin yazdığına görə, söhbət Donetsk vilayətinin təxminən 11 faizindən gedir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki