image-1backend

Ukrayna genişmiqyaslı hücuma başlayır – Welt nəşri

image-reklam_sirab_01

Ukrayna F-16 təyyarələrini aldıqdan sonra hücum edə bilər. Vətəninfo.az xəbər verir  ki, bu barədə Almaniyanın Welt nəşri yazır. Qeyd olunur ki, Ukrayna Norveçdən F-16-lar almalıdır.

Nəşr xatırladıb ki, Ukrayna qoşunları Xerson vilayətinin Krynok yaxınlığında sol sahildə döyüş meydanını saxlayır. Oradan müvəqqəti işğal olunmuş Krıma cəmi 60 kilometrə yaxındır.

Jurnalistlər onu da vurğulayıblar ki, Krım ruslar üçün ən problemli bölgələrdən biri olaraq qalır.

Qeyd olunur ki, bu yaxınlarda Ukrayna yenidən Rusiya Hərbi Hava Qüvvələrinin bazasına uğurla hücuma keçə bilib. Ukrayna silahlı qüvvələri də hava hücumundan müdafiə və radiolokasiya stansiyalarını fəal şəkildə məhv edir.

Xatırladaq ki, Amerika Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Ukrayna silahlı qüvvələri F-16 qırıcılarının ilk partiyasını əvvəlcədən nəzərdə tutulduğundan xeyli tez ala bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki