image-623005a224ed7623005a224ed81647314338623005a224ed2623005a224ed5backend

Ukrayna səfiri Gürcüstana qayıdıb

image-reklam_sirab_01

Gürcüstanın Ukraynadakı səfiri İqor Dolqov ölkəsindədir.

Veteninfo.az-ın xəbərinə görə, diplomat Tbilisidəki iqamətgahında görüntülənib.

İ.Dolqov Tbilisidə olması ilə bağlı suala cavab verməyib və media üçün açıqlamanın bu gün keçiriləcəyini qeyd edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 1-də Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovu məsləhətləşmələr üçün geri çağırıb. Volodimir Zelenski bu qərarını Gürcüstan hökumətinin Ukraynada döyüşmək istəyən gürcü könüllülərin yola düşməsinə mane olması ilə əlaqələndirib. Gürcüstan Prezidenti Salome Zurabişvili ötən gün ölkə parlamentində çıxışı zamanı həmkarı Volodimir Zelenskini Ukrayna səfirini Gürcüstana geri qaytarmağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki