image-5backend

UNESCO-da Türkiyənin 20-ci mirası qeydə alındı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonunda antik dövrün ən mühüm arxeoloji abidələrindən biri olan Qordion antik şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO tərəfindən “Dünya mirası” elan edilib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında paylaşdığı mesajda sözügedən mövzu ilə bağlı bildirib: “UNESKO-nun Ümumdünya İrsi Siyahısına 20-ci mülkümüzü qeydiyyatdan keçirdik. Ankaranın unikal mədəniyyət sərvətlərindən biri olan Qordion antik şəhəri “Dünya mirası” sayıldı. Ancaq işlər hələ bitməyib. UNESCO-dan yeni şad xəbərlər gözləyirik. Anadolunun taxta dəstəkli məscidlərindən almağı gözlədiyimiz müjdə ilə Dünya İrsi Siyahısındakı sayımızı daha da artıracağıq”.

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci iclasında alınan qərarla artıq Frigiya mədəniyyətinin paytaxtı Qordion “Dünya irsi” olaraq qorunacaq.

Yaşayış yerinin ən qədim və uzunmüddətli nadir ərazilərindən biri olan Qordionda insanlar eramızdan əvvəl 2500-cü illərdə (Erkən Tunc dövrü) məskunlaşmaya başlamış və bu gün də bu antik şəhərə bitişik Yassıhöyükdə həyat davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki