Azərbaycanda vergi borcuna görə maliyyə sanksiyaları vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə bank, bank olmayan kredit təşkilatı və yaxud poçt rabitəsinin milli operatoru (indiki halda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC) Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 %-i qədər hesabdakı valyuta vəsaitini donduracaq.
Veteninfo.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, maliyyə sanksiyalarının vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, hesabdakı valyuta xarici valyuta vəsati tam dondurulur.