Moskva “Vnukovo” hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a hava limanının mətbuat xidmətindən məlumat verilib.
“Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovoda təyyarələrin gəlişi və enişinə müvəqqəti məhdudiyyətlər qoyulub. Təhlükəsizlik məqsədi ilə Moskva vaxtı ilə saat 06:25-dən bəzi reyslər digər hava limanlarına yönləndirilib”, – mətbuat xidməti qeyd edib.
Xatırladaq ki, son günlər Ukrayna ATS-nin intensiv hücumları ilə əlaqədar Moskva hava limanlarında, o cümlədən “Vnukovo”da mütəmadi olaraq məhdudiyyətlər tətbiq edilir.


























