İran rəhbəri Əli Xameneyi rəsmi mərasimdə üstüörtülü şəkildə Azərbaycan xalqını İrandan ayrılmaq istədiyi halda zərbə alacağı ilə hədələyib.
Vətəninfo.az ArazNews saytına istinadən xəbər verir ki, o, bu sözləri 1945-1946-ci illərin 21 azər (12 dekabr- Azərbaycan Milli Hökumətinin qurulması) hadisələrinin ildönümündə dilə gətirib.
Məlumata görə, İran milli kimliyinin qorunub saxlanılmalı olduğunu vurğulayan Xameneyi deyib: “Üzərimizə düşən vəzifələrdən biri budur ki, “özümüzə”, “öz-özlüyümüzə” diqqət yetirək. Azərbaycan onu fərqləndirən kimliyə tam diqqət yönəltməlidir. İran xalqı öz kimliyini unutmamalıdır. Öz kimliyini unudarsa, zərbə alacaq, sillə alacaq, geridə qalacaq”.


























