“Son illərdə və hətta bu gün ölkəmizdə baş verən hadisələr hər bir vətəndaşı dilemma qarşısında qoyur: Ermənistan azad, suveren dövlət olacaq, yoxsa qorxulu ucqar region olacaq? “
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib. Nikol Paşinyan Rusiyanın adını açıq şəkildə çəkməsə də, üstüörtülü formada “Ermənistan azad, suveren dövlət olacaq, yoxsa qorxulu ucqar region olacaq?”.
Nikol Paşinyan daha sonra vurğulayıb ki, o Ermənistanın baş naziridir, ona görə də müstəqilliyi müdafiə hərəkatına rəhbərlik edir.: “Baş nazir olmasaydım, bir vətəndaş kimi Ermənistanın müstəqilliyinin müdafiəsi hərəkatına rəhbərlik edən baş nazirin arxasınca gedərdim, bilirdim ki, bu, asan olmayacaq, amma olacaq, çünki Ermənistanın gələcəyi bir nəfərdən asılıdır. və o bir adam mənəm. Ermənistanın gələcəyi bir nəfərdən asılıdır, o da sizsiniz”.
Paşinyan müraciətdə bildirib və həmkarlarına zəng edərək Ermənistana və onun suverenliyinə hörmət etməyə çağırıb.
“Biz beynəlxalq ictimaiyyəti Ermənistanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və demokratiyasına sarsılmaz dəstəyi ifadə etməyə çağırırıq”.