image-reklam-veteninfo
image-fotobackend

Yalançı erməni kulinariyası: Ermənilər türk mətbəxini necə mənimsəyiblər?

image-reklam-veteninfo
1889-cu ildə İstanbulda erməni əlifbası, amma türk dilində “İlaveli Yemek Kutabı. Alaturka ve Alafranka. Aşçılara ve ev qadınlarına mahsusdur” adlı kitab çap edilir. Kitab bir də 1907-ci ildə İstanbuldakı Sakayan nəşriyyatı tərəfindən yenidən ikinci nəşr olaraq dərc edilir. (Ohan Aşçiyan, İlaveli Yeni Yemek Kitabı. Alaturka ve Alafranga. Aşçılara ve ev kadınlarına mahsustur, 2. baskı, İstanbul: Sakayan Matbaası,. 1907. 157 s.)
Kitabın müəllifi Ohan Aşçiyan 1857-ci ildə İstanbulda anadan olub. Əsl adı Hovhannes Ohannesdir. İstanbulun Eminönündə kitab mağazaları olub. Qəbiristanlıq qeydlərinə görə atasının adı Qarabəd olub.
Kitabın türkcə tərcüməsi də var. https://www.arasyayincilik.com/…/09/yeni-yemek-kitabi.pdf
Maraqlı bilirsiniz nədir? Kitabda bir cümlə erməni milli yeməyi haqqında yoxdur. Heç erməni adı da yoxdur. Sual oluna bilər. Bir erməni yemək kitabı yazır amma özünün məxsus olduğu millətə aid bir cümlə də yoxdur. Bəlkə bilmir sualı verilə bilər. Amma necə olar, kulinariya barəsində kitab yazan bir müəllif öz millətinə aid bir yemək növü necə bilməsin?
Məncə bilir. Bilir ki, onların milli mətbəxi deyilən anlayış yoxdur və nələri var, türk mətbəxinə aiddir.
Bəs erməni mətbəxi anlayışı nə zaman çıxdı? Sovetlərin qucağında oturan ermənilər özlərinə saxta tarix yazmaqla yanaşı saxta mətbəx də yaratdılar. Türk mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Onun sözlərinə görə, ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar. Bu gün də ermənilər yüz dəfə “dolma, plov, paxlava, piti bizim yeməkdir, lavaşı biz icad etmişik” – deyə iddia etsinlər. Bunun əsası yoxdur. Gün gələcək, onlardan soruşacaqlar ki, siz Azərbaycan və Türkiyə ərazilərinə dünən köçürülmüsünüz, belə zəngin mətbəxiniz necə ola bilər ki?
Ona görə də ermənilər ilk öncə müəllifi öz millətlərindən olan bu kitabla tanış olsunlar, sonra “qədim”xalq olduqlarını iddia etsinlər.
Zaur Əliyev



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki