image-188fd206-2a53-3134-9320-9cbeb9312e2d_850backend

Yaponiyada 2 milyard dollara yaxın ödənilməmiş pensiyalar yığılıb

image-reklam_sirab_01

Yaponiyanın özəl şirkətlərində çalışan 1,1 milyondan çox keçmiş işçinin təqaüdlərinin ödənilməmiş hissəsi, ümumilikdə 260 milyard yen (təxminən 1,8 milyard dollar) uzun illərdir ki, ölkənin Milli Pensiya Fondunun idarəedici strukturunun hesabındadır.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 2017-ci maliyyə ilindən bu məbləğ 1,5 dəfə artıb.

Qanunla özəl şirkətlər mütəmadi olaraq işçiləri üçün vəsait ayırırlar. Bu vəsaitlər sonradan işçilərin dövlət pensiyalarına əlavə olunur. Bununla belə, bir çox insanlar işdən çıxarkən və ya başqa işə keçərkən bu pulun işlənməsi üçün lazımi prosedurları yerinə yetirmirlər.

Nəticədə onlar avtomatik olaraq Milli Pensiya Fondunun hesabına köçürülür. Saxlama üçün də aylıq ödəniş alınır.

Nəşrin məlumatına görə, Milli Pensiya Fondu ildə bir dəfə bu şəxslərə ödənilməli pulun verilməsi xahişi ilə məktublar göndərir. Lakin qəzetin yazdığına görə, bu cür çağırışlara az sayda insan cavab verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki