image-reklam-veteninfo
image-652f00a408a6dbackend

Yaşar Gülər: ”İlin əvvəlindən etibarən 2067 terrorçu zərərsizləşdirilib”

image-reklam-veteninfo

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilin əvvəlindən etibarən 2 min 67 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında bildirib.
Nazir Yaşar Gülər ​​terrora qarşı daha effektiv mübarizə aparmaq, sərhəd təhlükəsizliyini təmin etmək və qaçaqmalçılığın qarşısını almaq məqsədilə sərhədlərin intensiv və mərhələli təhlükəsizlik sistemi ilə mühafizə edildiyini, sərhəd qoşunlarının imkanlarının daim təkmilləşdirildiyini vurğulayıb.
Yaşar Gülər Türkiyənin terrorla ”əhatəli yanaşma” və ”terroru mənbəyində məhv etmə” strategiyası ilə mübarizə apardığını və bu sayədə ölkə daxilində və sərhəddən kənarda terrorçulara ağır zərbələr endirdiyini vurğulayıb.
Gülər ​​həmçinin Suriya və İraqdakı bütün əməliyyatların BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, qonşu ölkələrin suveren hüquqlarına və ərazi bütövlüyünə hörmət çərçivəsində aparıldığını qeyd edib.
Türkiyənin Qəzzaya göndərdiyi yardıma toxunan Yaşar Gülər deyib: “Hərbi Hava Qüvvələrimizə aid 12 təyyarə ilə bölgəyə 225 tondan çox tibbi ləvazimat və humanitar yardım materialı çatdırıldı”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki