image-1backend

“Yaxın Şərqi böyük müharibəyə sürüklədilər və  buna görə NATO dağılacaq”- Lavrov  

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov anqlo-saksonların Yaxın Şərqi böyük müharibənin astanasına sürüklədiyini bəyan edib və deyib: “Bu xətt Ukrayna da daxil olmaqla, digər regionlarda müşahidə olunur”.

S.Lavrov paytaxt Moskvada açılan Rusiya Beynəlxalq Sərgisi çərçivəsində qatıldığı onlayn konfransda cari məsələlərlə bağlı çıxış edib.

Yaxın Şərqdəki vəziyyətə də toxunan Lavrov bu barədə belə deyib: “Biz görürük ki, anqlo-saksonlar Yaxın Şərqi böyük müharibənin astanasına sürükləyiblər. Bu xətt digər regionlarda, o cümlədən Ukraynada da müşahidə olunur. Bənzər nümunələr çoxdur və nəticə eynidir: İraq və Liviyada olduğu kimi, bir dövlət quruluşun məhv edilməsi və ya zəiflədilməsi. Bunu Suriyada da etmək istədilər. Belə siyasətin digər nəticələri terrorizm və ekstremizmin artması, insanların talelərini dəyişmək, ailələrin dağılması, milyonlarla qaçqın axını və sairdir.

Müxtəlif regionlarda xaos, hökumət və xalqlar arasında döyüşlər, millətlərarası və dinlərarası ziddiyyətlər yaradan Qərb öz problemlərini digər ölkələr vasitəsilə həll etməyə, başqalarının resurslarını istismar etməyə vərdiş edib”.

Rusiyalı nazir NATO-nun gələcəyi ilə bağlı suala isə belə cavab verib: “NATO keçmişin qalığıdır. Yaranma səbəbini itirdikdən sonra varlığını davam etdirməməliydi, Sovet İttifaqı və Varşava Müqaviləsi Paktı kimi. Məncə, NATO dağılacaq. Hegemonluq hər kəsə belə ehtiyatsız və israrla dirədilə bilməz. Artıq zaman dəyişib.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki