image-reklam-veteninfo
image-img_1794backend

“YUP: Youth Urban Planning” proqramına start verilib!

image-reklam-veteninfo

Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən gənclərin şəhərsalma və urbanizasiya sahəsində maarifləndirilməsi məqsədilə “YUP: Youth Urban Planning” proqramına start verilib. Proqramın əsas məqsədi gənclərin urbanizasiya prosesləri, dayanıqlı şəhərsalma və müasir şəhərlərin inkişafı barədə biliklərini artırmaq, onların şəhərsalma prosesində fəal iştirakını təşviq etməkdir.

Proqram çərçivəsində ilk görüş şəhərsalma və nəqliyyat planlaşdırılması üzrə mütəxəssis Süsən Abbasova ilə keçirilib. Görüş zamanı iştirakçılar şəhərsalma və nəqliyyat planlaşdırılmasının əsas istiqamətləri, şəhərlərin inkişafında planlaşdırmanın əhəmiyyəti və bu sahədə gənclərdən gözləntilər ilə bağlı məlumat əldə ediblər.

Bununla yanaşı, Gənclərin Həmrəyliyi İctimai Birliyi tərəfindən “YUP: Youth Urban Planning” proqramı çərçivəsində maarifləndirici rubrika da həyata keçirilir. Rubrika çərçivəsində indiyədək urbanizasiyanın müxtəlif aspektlərini əhatə edən 6 buraxılış yayımlanıb. Buraxılışlarda “Urbanizasiya və onun əhəmiyyəti nədir?”, “Urbanizasiya və həyat səviyyəsi”, “Urbanizasiya və sosial imkanlar”, “Urbanizasiya təhsil və səhiyyənin inkişafında hansı rolu oynayır?”, “Urbanizasiyanın iqtisadi inkişafa təsiri” və “Urbanizasiya və ekologiya” mövzuları diqqət mərkəzində olub. Buraxılışlarla Birliyin sosial şəbəkə hesablarında tanış ola bilərsiniz.

“YUP: Youth Urban Planning” proqramı çərçivəsində bundan sonra də sahəsinin peşəkarları ilə müvafiq mövzu ətrafında müzakirələrin təşkili nəzərdə tutulur.

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki