image-reklam-veteninfo
image-11backend

Zelenski ABŞ-da Co Baydenlə görüşəcək

image-reklam-veteninfo

Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a gedərkən ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır. Vətəninfo.az xəbər verir ki, bu barədə NBC News yüksək vəzifəli ukraynalı məmura istinadən məlumat yayıb.

Eyni zamanda telekanal qeyd edir ki, görüşün harada keçiriləcəyi hələlik bəlli deyil.

Öz növbəsində, Reuters amerikalı rəsmiyə istinadən xəbər verir ki, Bayden-Zelenski görüşü sentyabrın 19-dan 26-dək keçiriləcək BMT Baş Assambleyası başa çatdıqdan sonra baş tutacaq. Bayden və Zelenski sonuncu dəfə iyul ayında NATO-nun Vilnüs sammitində görüşüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki