image-image_750x_64e2f12c5a9fdbackend

Zelenskidən şok açıqlama: “Biz Belqorodu NATO üzvlüyünə dəyişməyə hazırıq”

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO üzvlüyünü ərazilərlə mübadilə etmək “təkliflərinə” cavab verib. O, bu barədə Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında bildirib.

Bu yaxınlarda Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibinin aparat rəhbəri Stian Jensen bəyan etmişdi ki, Ukrayna Rusiya Federasiyasının işğal etdiyi ərazilərin mübadiləsi müqabilində NATO-ya üzv ola bilər.

Zelenski Jensenə etiraz edib və başqa variant təklif edib.
“Biz Belqorodu (Rusiyanın Ukrayna ilə həmsərhəd regionu – red.) NATO üzvlüyünə dəyişməyə hazırıq”.

Rusiyada isə Ukrayna rəhbərinin bəyanatına reaksiya veriblər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla bağlı aşağıdakıları bildirib.
“Görünür, o (Zelenski-red.) həddindən artıq dozada qəbul edib”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki