image-reklam-veteninfo
image-1backend

Zelenskinin ABŞ-a səfəri  utancvericidir- Senator

image-reklam-veteninfo

Vladimir Zelenskinin ABŞ-a səfəri utanc vericidir. Vətəninfo.az xəbər verir ki, bu barədə Ohayo ştatından respublikaçı senator JD Vens Fox News telekanalında bildirib.

“Bu, tamamilə utancvericidir, Zelenski gəlib amerikalı vergi ödəyicisindən ona daha 61 milyard dollar verməsini tələb edəndə biz çox şərəfsiz prosesdən keçməliyik”, – konqresmen əsəbiləşib.

O, Zelenskinin səfərini yalnız respublikaçılara Ukraynaya daha bir kart-blanş vermək üçün ABŞ-ın cənub sərhədi məsələsindən imtina etməsi üçün təzyiq göstərmək məqsədi daşıyan absurd adlandırıb.

“Mən bunu etməyəcəyəm. Düşünmürəm ki, respublikaçılar bunu qətiyyən etməməlidir”, – deyə Vans bildirib.

Onun fikrincə, əgər Zelenski ağıllı olsaydı, özü də Co Baydenə cənub sərhədi məsələsində danışıqlar masasına oturması üçün “təzyiq” edərdi.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki