Zəhra ananın Eynallı kəndindəki doğma evində keçirilən üç mərasimində Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin və onların dünyadan köçən doğmalarının ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzu edilib. Şəhidin qardaşı Bahadur və oğlu Mehman Məmmədovlar, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə itkin düşən Əsəd Məmmədovun qalıqlarının işğaldan azad olunan torpaqlarda aşkar olunaraq 30 ildən sonra onlara təhvil verilməsinin Prezident, Ali Baş Komandan İlham Əliyevin gücünün və qətiyyətinin bariz nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, şəhid anasının 11 sentyabr 2023-cü ildə oğlunun doğma Eynallı kəndində torpağa tapşırılması ilə ən böyük arzusu həyata keçdi və onun ruhu daim olaraq şad olacaqdır.