Layihənin əsas məqsədi şagirdlərdə analitik düşüncə, komanda işi və tədqiqat bacarıqlarını formalaşdırmaq, eyni zamanda onların təhsilə marağını artırmaq olub. “Kod Da Vinçi” üslubunda təşkil olunan fəaliyyətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onların aktiv iştirakı ilə yadda qalan bir təcrübəyə çevrilib.
Bağlanış mərasimində iştirakçılar təltif olunub, layihə müddətində əldə olunan nəticələr təqdim edilib və gənclərin gələcək inkişafına yönəlik təşəbbüslərin davam etdiriləcəyi vurğulanıb. Layihə çərçivəsində qazanılan bilik və təcrübənin iştirakçıların gələcək fəaliyyətində mühüm rol oynayacağı qeyd edilib.



























