“İnkişaf-2006” Sosial Dəstək İctimai Birliyi 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Şəki şəhərində maarifləndirici tədbir keçirmişdir. Tədbir çərçivəsində seminar təşkil olunaraq iştirakçılara İİV/QİÇS, onun yayılma yolları, profilaktikası və erkən müayinənin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Seminardan sonra İİV/QİÇS-in qarşısının alınması, sağlam həyat tərzi və xəstəliklə bağlı düzgün məlumatların yayılması məqsədilə hazırlanmış informasiya materialları Şəki şəhərinin müxtəlif ərazilərində sakinlərə paylanılmışdır.
Tədbirin əsas məqsədi cəmiyyətdə İİV/QİÇS barədə maarifləndirməni artırmaq, yanlış təsəvvürlərin qarşısını almaq və xəstəliyə qarşı mübarizədə hər kəsin məsuliyyətini gücləndirmək olmuşdur.


























