image-resize-2backend

“10 noyabrdan sonra qanunauyğun və məqsədə müvafiq addımlar atılmır”-SABİQ NAZİR

image-reklam_sirab_01

“Sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının (SQD və MM) fəaliyyəti ilə bağlı bir çox iradlar var. Lakin heç kim bir suala cavab vermir: “Bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir?” Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur. Bu, mandatdır”.

Veteninfo.az xəbər verir ki, bunu sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Diplomat qeyd edib ki, bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır:

“Daha sonra Anlaşma Memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin Bəyanatı qəbul edilir. Daha sonra ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, parlament tərəfindən təsdiqlənir”.

Politoloq bildirib ki, ölkəmizdə həm hökumət, həm də ictimaiyyət və müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir:

“Lakin 10 noyabrdan sonra olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədə müvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb.

Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədə uyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı.

İctimai müzakirənin özü qanuni cəhətdən məcburi xarakter daşıyan mətn üçün əsas olacaq ictimai gözləntilərin çərçivəsini müəyyənləşdirərdi. Dumanlı, hüquqi qeyri-müəyyənlik İkinci Vətən Müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image