image-26422971backend

Ermənistanın yeni xarici işlər naziri Moskvaya gedir

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki. Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya iki günlük səfərə gedir.Səfər çərçivəsində onun Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirməsi planlaşdırılır. Eyni zamanda Mirzoyanın KTMT baş katibi Stanislav Zas ilə də görüş planlaşdırılır.

Məlumata görə, Mirzoyan və Lavrovla görüşdə Rusiya -Ermənistan münasibətlərinin bütün sahələrdə inkişaf etdirmək, ümumi inteqrasiya istiqamətində addımlar atmaq, MDB, KTMT və AŞPA-da əməkdaşlığı artırmaq, eləcə də BMT -dəki mövqeləri əlaqələndirmək üçün gələcək addımları hərtərəfli müzakirə edəcəklərini bildirib. Bundan başqa təzə xarici işlər naziri  44 günlük müharibədən sonra,Ermənistanın kaputuliyasiyası ilə sona çatan, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imazaladıqları üçtərəfli razılaşmalarının həyata keçirilməsində irəliləyiş, o cümlədən humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması istiqamətində də müzakirələr aparacaq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image