image-1096259backend

Ermənistan geri çəkilir: Azərbaycan istəklərinə nail olur    

image-reklam_sirab_01

Ermənistan və Azərbaycan arasında sərhəd komissiyalarının üçüncü iclasının vaxtı açıqlanıb. Vətəninfo.az xəbər verir ki,  Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında sərhəd komissiyalarının növbəti iclasının tarixini açıqlayıb.

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin müəyyən edilməsi və sərhəd təhlükəsizliyi komissiyasının üzvləri noyabrın 3-də Brüsseldə demarkasiya və sərhəd təhlükəsizliyi komissiyasının üçüncü iclasında iştirak edəcək.  Ermənistanın baş naziri, Fransa prezidenti, Azərbaycan prezidenti və Avropa Şurası prezidentinin iştirakı ilə Praqada keçirilən dördtərəfli görüş çərçivəsində oktyabrın əvvəlində görüşlə bağlı razılıq əldə olunub.

Lakin erməni mediası iddia edir ki, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın Brusselə görüşü ərəfəsində müəmmalı açıqlama verməsi, həmçinin sərhədlərin hansı xəritələrlə müəyyənləşdirilməsi ilə bağlı sualdan yayınması gizli razılaşmanın olması ilə əlaqədar olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image