image-2backend

53 nömrəli məktəbin şagirdlərindən daha bir uğur – Birinci yerə sahib oldular

image-reklam_sirab_01

Aprelin 5-də  Yasamal rayonu üzrə “Şahin hərbi-idman oyun”ları keçirilib.

Bu yarışın keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdir.
İştirak edən komandalar sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki-müdafiə hazırlığı və digər mərhələlər üzrə tapşırıqları yerinə yetiriblər. Bu yarışda Yasamal rayonunu 53 N li tam orta məktəbin komandası rəqiblərini yüksək nəticə ilə geridə qoyaraq rayon üzrə l yerə layiq görülüblər.

Məktəbin komandası  Bakı şəhəri üzrə keçiriləcək “Şahin” hərbi-idman oyunlarında Yasamal rayonunu  təmsil edəcək.
image-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki