image-1backend

54 yaşlı cənubi koreyalı yazıçı ədəbiyyat üzrə “Nobel”in sahibi olub

image-reklam_sirab_01

Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.

Vətəninfo.az “Nobelprize.org”a istinadən xəbər verir ki, 54 yaşlı cənubi koreyalı yazıçı Han Kang sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir. Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.

Ədəbiyyat üzrə ilk “Nobel” mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image