image-2backend

66 dərman vasitəsinin qiyməti TƏSDİQLƏNDİ

image-reklam_sirab_01

Yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi məlumat yayıb.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki