image-77backend

8 Noyabr prospektində asfalt örtüyü dəyişdirilir

image-reklam_sirab_01

8 Noyabr prospektində hər iki istiqamətdə təmir işləri həyata keçirilir. Bunu yerli KİV-lərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, təmir işləri üç gün ərzində davam etdiriləcək. İşlərin aparıldığı müddət ərzində hər hansı bir ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmur.

“Təmir işləri aparılacaq hissələrdə hərəkət qismən məhdudlaşdırılacaq. Bu təmir sırf asfalt-beton örtüyünün deformasiyaya uğramış hissələrində həyata keçirilir”, – deyə o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki