Ostində bir kişi atəş açaraq üç nəfəri öldürüb, 14 nəfəri yaralayıb. Polis atəş açan şəxsi güllələyərək öldürüb.Vətəninfo.az xəbər verir ki, DW-nin məlumatına görə, Ostin Polis Rəisi Liza Devis kişinin şəhər mərkəzindəki barın yanından bir neçə dəfə keçdiyini bildirib. Daha sonra o, dayanıb və yolsuzluq avtomobilinin pəncərəsindən həyətdəki və müəssisənin qarşısındakı insanlara atəş açmağa başlayıb.
Devis bildirib ki, atıcı daha sonra maşınını park edib, maşından düşüb və küçədə yoldan keçənlərə atəş açmağa başlayıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açaraq atıcını öldürüblər. FTB hadisəni terror aktı kimi təsnif etməyib.
Bir neçə hüquq-mühafizə orqanı mənbəyi Fox News-a bildirib ki, şübhəli 53 yaşlı ABŞ vətəndaşı kimi müəyyən edilib. Onlar bildiriblər ki, atəş açan şəxs üzərində “Allah” sözü yazılmış sviter və üzərində İran bayrağı olan köynək geyinib.


























