image-reklam-veteninfo
image-1backend

“AzParking” rəhbəri Qaraçuxurda 1000 kvadratmetrdən çox mənzil alıb? – Göydələndə imarət qurduğu iddia olunur

image-reklam-veteninfo

Vətəninfo.az-ın redaksiyasına daxil olan məlumata görə “AzParking” MMC-nin rəhbəri Orxan Abbasov yaxın günlərdə çoxsaylı mənzil alıb.

Redaksiyamıza məlumat verən mənbənin iddiasına görə, Orxan Abbasov Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən yeni yaşayış kompleksindən bir neçə mənzil əldə edib. Bildirilir ki, o, hətta bir gün ərzində üç böyük mənzilin alqı-satqısını həyata keçirib.

Mənbənin iddiasına əsasən, alınan mənzillərin ümumi sahəsi 1000 kvadratmetrdən çoxdur. Daha maraqlı məqam isə mənzillərin gələcək taleyi ilə bağlıdır. Belə ki, iddiaya görə, Orxan Abbasov həmin mənzilləri birləşdirərək çoxmərtəbəli binada geniş yaşayış sahəsi – dəbdəbəli bir imarət yaratmağı planlaşdırır.

Bəs Orxan Abbasov kimdir və onun biznes fəaliyyəti hansı şirkətlərlə əlaqələndirilir?

Açıq mənbələrdə yayılan məlumatlara görə, Orxan Musa oğlu Abbasov “AzParking” MMC-nin qanuni təmsilçisi kimi göstərilir. Mətbuatda dərc olunan məlumatlarda şirkətin 2018-ci ildə “TST Co Group” adı ilə təsis edildiyi, 2022-ci ildə isə adının dəyişdirilərək “AzParking” olduğu bildirilir.

Qeyd edək ki, “AzParking” parklanma xidmətləri sahəsində fəaliyyət göstərir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2023-cü ildə Bakı şəhərində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin idarə olunması məqsədilə “AzParking” mobil tətbiqini istifadəyə verib.

Mətbuatda yer alan digər məlumatlarda Orxan Abbasovun “AzParking” MMC ilə yanaşı, eyni hüquqi ünvanda qeydiyyatda olduğu bildirilən “MOBİL-MMXA” MMC və “MOBİLEX” MMC şirkətlərinin də qanuni təmsilçisi kimi göstərildiyi qeyd olunur. Həmin şirkətlərin nəqliyyat sektorunda texniki xidmət və ödəniş sistemləri ilə bağlı fəaliyyətləri də diqqət çəkir.

Vətəninfo.az məsələ ilə bağlı Orxan Abbasovun və aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırdır. Qarşı tərəfin açıqlamasını dərc etməyə də hazırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki