image-reklam-veteninfo
image-1backend

ABŞ Hörmüz boğazından gizli şəkildə onlarla gəmi keçirib 

image-reklam-veteninfo

ABŞ hərbçiləri son üç həftə ərzində Hörmüz boğazından təxminən 70 ticarət gəmisinin keçidini gizli şəkildə koordinasiya edib. Bununla bağlı, The New York Times qəzeti xəbər verib.

Məlumata görə, son üç həftə ərzində gündə orta hesabla üç ticarət gəmisi boğazdan keçib. Bu göstərici müharibədən əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır. Həmin vaxt boğazdan gündə 100-dən çox gəmi keçirdi.

Qəzet yazır ki, ABŞ hərbçiləri gəmiləri birbaşa müşayiət etməyib, onların hərəkətinin koordinasiyasını və təhlükəsizlik tədbirlərini təmin edib.

Hesabatda qeyd olunur ki, gəmilərin əksəriyyəti aşkarlanma riskini azaltmaq üçün identifikasiya sistemlərini söndürərək hərəkət edib və əsasən Oman sahillərinə yaxın marşrutlardan istifadə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki