image-94dbbf63-a5d0-39ea-ab01-638c5aa95165_850backend

ABŞ nüvə arsenalını artırmaq fikrində deyil

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi Amerika administrasiyası Rusiya və Çinlə silahlanma yarışını istəmir və ABŞ-ın nüvə arsenalını artırmaq fikrində deyil.

Bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.

“Deyərdim ki, daha çox silah istehsal etmək həll yolu deyil”- deyə, o bildirib.

Cenkins xatırladıb ki, Vaşinqton və Moskva artıq silahlanma yarışından keçiblər: “Deyərdim ki, bizdə silahlanma yarışı var idi. İndi biz silah hazırlamaq üçün milyardlarla dollar xərcləyirik, sonra isə onları məhv etmək üçün milyardlarla dollar vəsait ayrırıq. Bu ssenariyə qayıtmağın heç bir suala cavab verəcəyini düşünmürəm”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki