image-a1ac4b46-5abf-3522-a5e9-4a64274113a2_850backend

ABŞ Pakistana daşqınlarla mübarizə üçün 30 milyon dollar yardım edəcək

image-reklam_sirab_01

ABŞ Pakistanın dağıdıcı daşqınlardan zərər çəkmiş əhalisinə 30 milyon dollarlıq humanitar yardım göstərəcək.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yeni yardım paketi təbii fəlakətdən ən çox zərər çəkmiş 4 milyondan çox pakistanlının təcili ehtiyaclarını artıracaq.

Bundan əvvəl Vaşinqton daşqınların aradan qaldırılması və sakinlərə yardım üçün bu il Pakistana 97 milyon dollara qədər yardım edəcəyini açıqlamışdı.

Oktyabrda BMT yenidən beynəlxalq ictimaiyyəti Pakistana humanitar yardım göstərməyə çağırıb və onu 816 milyon dollar dəyərində qiymətləndirib ki, bu da ilkin təxmin edilən 116 milyon dollardan beş dəfə çoxdur.

Qeyd edək ki, bu ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım ayrılıb.

Pakistanda baş verən dağıdıcı daşqınlar əsrin ən böyük iqlim faciələrindən birinə çevrilib. Təbii fəlakət nəticəsində 1 700-dən çox pakistanlı həlak olub, 33 milyon insan isə təbii fəlakətdən zərər çəkib. 15,4 milyon insan yoxsulluq həddinin altında ola bilər. Daşqınların iqtisadi ziyanı 40 milyard dolları ötür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki