image-reklam-veteninfo
image-624bee98a030d624bee98a030e1649143448624bee98a030b624bee98a030cbackend

ABŞ yeni raket sistemini uğurla sınaqdan keçirib

image-reklam-veteninfo

ABŞ martın ortalarında hipersonik raket sistemini (HAWC) uğurla sınaqdan keçirib.

Bu barədə CNN-ə ABŞ Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi məlumat verib.

Bildirilib ki, ABŞ tərəfi Prezident Co Baydenin Avropaya səfəri öncəsi Rusiya ilə vəziyyəti daha da gərginləşdirməmək məqsədi ilə məsələ barədə danışmamağa üstünlük verib.

Hipersonik raketi sisteminin “Lockheed Martin” versiyasının B-52 bombardmançı təyyarəsindən ölkənin qərb sahilində buraxıldığı bildirilib.

Raket 19,8 kilometr yüksəklikdə 300 mil məsafəyə (482 km) 5 MAK-ın üzərində bir sürətlə hərəkət edib. Uçuşun 5 dəqiqədən az davam etdiyi qeyd olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki