image-47df69f6-3c7e-498e-b66c-6edf9fb84ac1backend

ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb

image-reklam_sirab_01

Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş məzmunlu çıxış edibvə tədbir iştirakçılarının suallarını cavablandırıb. Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər payızda keçirilməsi nəzərdə tutulan COP – Tərəflərin Konfransının tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış, ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər “0” – sıfır emissiyaya nail olmaq əsas məqsəddir. Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: “COP29 haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlimdəyişiklikləri məsələlərinin həlli baxımından bizhəqiqətən istərdik ki, COP29 uğurla keçsin“. COP29-un Azərbaycan üçün fürsət olacağınıdiqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə olmağın üstünlüklərindən biri ondanibarətdir ki, biz on minlərlə insanı qəbul edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz sədrliyimizə nəinki özümüzü nümayişetdirmək, həm ölkəni təqdim etmək fürsəti kimibaxırıq. Əslində, bu vacibdir. Biz buna həm əntəxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdətöhfə vermək fürsəti kimi baxırıq“. Ölkəmizin iqtisadi uğurları barədə məlumatverən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edəniqtisadiyyatdır hətta böhran vəziyyətində dayanıqlı artım göstərib. Prezident İlham ƏliyevAzərbaycanın xarici borcunun çox aşağıhəttahazırda ümumi daxili məhsulun 8 faizindən azolduğunu diqqətə çatdırıb.Regionda sülhün əldə olunması üçün atılanaddımlardan danışan Prezident İlham Əliyev qeydedib: “Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. Biz bunu edirik“.Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azıməsləhətləşmələri aparmaq üçün fürsətyaradacaq gələcək əməkdaşlığa yol açacaq.Bölgədə sabitliyin pozulması cəhdlərinə toxunan dövlətimizin başçısı vurğulayıb: “Fransa, Hindistan Yunanıstan Ermənistanı bizə qarşısilahlandırır, biz oturub gözləyə bilmərik. Özü onlar bunu açıq nümayişkaranə şəkildə edirlər hətta çalışırlar ki, bununla bizə nəyi isə sübutayetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistanhökumətinə bu gün Ermənistanın qayğısınaqalmağa çalışan tərəflərə bildirmişik. Əgərözümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlərgörməli olacağıq“.

Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası, o cümlədən Qazaxın dörd kəndinindinc yolla qaytarılması sülh üçün yaxşı imkanyaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə hərəkət etməməlidir.

image-e50b941e-7bd7-45f8-81c6-624d1542ccd6

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki