image-62799a2db9c3562799a2db9c36165213649362799a2db9c3162799a2db9c33-1backend

Ağ Ev Baydenin Ukraynaya səfər etmək istədiyini bildirib

image-reklam_sirab_01

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etmək istərdi, lakin hazırda belə bir səfər planlaşdırılmır.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Hazırda səfər planlaşdırılmır. Amma yenə də o, Ukraynaya getmək istəyir”, – deyə Psaki bildirib.

Psaki ABŞ-ın birinci xanımı Cil Baydenin Ukraynaya son səfərinin Amerika liderinin də bu ölkəyə səfəri kimi qiymətləndirilə bilərmi sualına “Onların səfərləri bir qədər fərqlidir” cavabını verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki