image-6fc49ea8-379d-3aa5-bfb0-a35061baff55_850backend

Ağ Ev İranda etirazçılara dəstək verib

image-reklam_sirab_01

“Vaşinqton İrandakı etirazçıları dəstəkləyir və hesab edir ki, ölkədə hakimiyyət dəyişikliyi olub-olmaması onların öz ixtiyarındadır”.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bu, İran xalqının qərarıdır. Şübhəsiz ki, İran xalqı öz gələcəyini müəyyən etməlidir. “Əlbəttə ki, biz dinc etiraz hüququnu dəstəkləyirik və təbii ki, hökumətin etirazları zorakılıqla basdırmaq cəhdinə qarşıyıq”, – Kirbi deyib.

Kirbi qeyd edib ki, hazırda Vaşinqtonun diqqəti dinc etiraz hüququnu müdafiə etməyə yönəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki