image-reklam-veteninfo
image-626cc946c5fc7626cc946c5fc81651296582626cc946c5fc5626cc946c5fc6backend

Ağ Evin kommunikasiyalar üzrə direktoru COVID-19-a yoluxub

image-reklam-veteninfo

Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Keyt Bedinqfild “Twitter“də bildirib.

“Bu gün səhər mən koronavirus testi verdim. Testin nəticəsi pozitiv oldu. Mən sonuncu dəfə prezidenti (Co Bayden) çərşənbə günü müşavirə zamanı görmüşəm. Həmin vaxt da mən maska taxmışdım və sosial məsafə ilə bağlı qaydalara riayət etmişdim. Xəstəliklərə Nəzarət üzrə Federal Mərkəzin standartlarına görə, bizim yaxın kontaktımız olmayıb”, – o qeyd edib.

Keyt Bedinqfildin 5 günlük özünütəcrid rejimindən və neqativ koronavirus testindən sonra Ağ Evə qayıdacağı gözlənilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki