1986-cı ildə Amerika Prezidenti Ronald Reyqan Ağ evdə erməni diasporunun aparıcı 5 şəxsi ilə görüş keçirir. Erməni iş adamları olan bu 5 nəfər Ronald Reyqana imtina edə bilməyəcəyi təklif irəli sürürlər. Əvəzində isə Azərbaycan SSRİ-nin tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunun ləğv edilib Ermənistana verilməsi və artıq çöküş yaşayan sövetlərə təzyiq edilib Ermənistan müstəqil dövlətinin yaradılmasına nail olmasını ondan xahiş edirlər. Erməni iş adamlarının təklifi o qədər “şirnikləndirici” idi ki, Reyqan öz qeyd dəftərində bu cümlələri yazır :
Ermənistan müstəqil olsun
Qarabağ Ermənistana verilsin
Reyqan Amerika olaraq Sovetləri razı salacağına söz verir, əvəzində isə erməni diasporunun bununla bağlı hərəkətə keçməsini tövsiyə edir.

Başlanır..
Parisdə Aqanbekyan çıxışı ilə dünya ermənilərini ayağa qaldırır
Erməni terrorçuları İrəvana, ordan da Xankəndinə silahlar göndərməyə başlayırlar.
Lakin açıq savaş üçün bəhanə lazım idi. Azərbaycanda qanlı bir hadisə törətmək və ermənilər öldürülür deyə dünyaya hay küy salmaq lazım idi. Şəhər ilk olaraq Tovuz seçilsə də, proseslər Sumqayıtda başlanılır. Erməni terroru işə düşür. Sumqayıtda qırğınlar baş verir. Kütləvi aksiyalara yol açılır.
1988-ci il. Qərbi Azərbaycandan çox ağır formada deportasiya başlanılır. Xankəndində aksiyalar 15 min azərbaycanlının Şuşa və digər şəhərlərə köçürülməsinə səbəb olur.
Rusiya-Amerika danışıqlarında əsas mövzu müstəqil Ermənistan və ona Qarabağın birləşdirilməsi idi. Ancaq ermənilər sakitləşmirdi. Moskvadan və Vaşinqtondan daha sərt addımlar tələb edirdi.
1990-cı il. 19-dan 20-nə keçən gecə. Qanlı Bakı hadisələri. Erməni terrorçuları sovet ordusu əsgərləri adı altında ruslarla birgə Azərbaycan xalqına ağır zərbə vurur.
1991-ci il martın 17-də keçirilmiş referendumda Azərbaycan əhalisinin əksəriyyəti islah olunmuş Sovet ittifaqının saxlanmasına tərəfdar olmuşdu. Qafqazdakı ilk müstəqillik bəyannaməsi 1991-cin ilin aprelində Gürcüstandan səslənmişdi. Azərbaycan isə gözlədilirdi. Keçmiş kommunistlər səs vermədə imtinalar edirdilər.
Artıq Ermənistan Qarabağı özünə birləşdirmək ideyası ilə deyil, müstəqil Erməni Qarabağ dövləti istəyir. Çünki diasporun istədiyi bu idi.
Paytaxt Xankəndi olmaqla müstəqil ikinci erməni dövləti ideyasını reallaşdırmaq üçün Amerika, Fransa və Rusiya rəsmləri Xankəndinə səfərlər edirlər.
Azərbaycan təklənmiş idi. Bütün sovetlərə daxil olan dövlətlər bir bir müstəqil olmaq üçün bəyantlar verir. Azərbaycanda isə sovetin 5ci kalonu tələsmir. Nəhayət 1991-c ilin 18 oktyabrında mütərəqqi addım atılır. Dövlət müstəqilliyi elan edilir. Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin hüquqi-siyasi varisi kimi dünya sisteminə daxil olur. Və müstəqil Azərbaycanın ərazi bütövlüyü BMT sənədlərində təsdiqini tapır.
Ancaq problemlər, işğal, Amerika-Rusiya-Fransa üçlüyü Qarabağın müstəqil “erməni dövləti” olması üçün 29 il mübarizə aparılar. İran, Britaniya kim dövlətlər də susurlar. Çünki regionda onlar bu üç dövlətin hegemon olduqlarını görürdülər.
2020-ci ilin sentyabrında başlanan müharibə 44 günlük müharibə sayəsində Amerika-Fransa-Rusiya və onların yanında olan İrana ağır zərbə vurur. Qarabağın böyük hissəsi azad edilir.
2023-cü ilin 18 oktyabrı. Azərbaycan müstəqilliyini elan edən gündən ilk dəfə olaraq tam ərazi bütövlüyü çərçivəsində müstəqilik gününü qeyd edir. Özü də Xankəndi Azərbaycan ərazisi daxilində.
Dünyanın ən güclü diasporuna, lobbisinə, puluna malik erməniləri məhv edərək, onlara dəstək olanların planlarını əzərək 18 oktyabr 2023-cü ildə Azərbaycan xalqı Şuşa, Xankəndi və Qarabağda üç rəngli bayrağımızı dalğalandıraraq bu günü qeyd edir
1988-ci ilə qədər sovetlərə qarşı gizli müqavimət göstərən dissidentlər
1988-ci ildə meydanlara axışan insanlarımız
Meydan hərəkatında öndə olan bəzi milli şəxslərimiz
1990-cı ildə müstəqillik uğrunda canından keçən şəhidlərimiz
1990-cı ildən 2023-cü ilə qədər vətən üçün şəhid olan əzizlərimiz, qazilərimiz, xalqımızın arzusu nəhayət 2023-cü ilin 18 oktyabrında həyata keçir. Qarabağ azaddır. Şuşa və Xankəndi bizimdir.
Hədəf
2024-18 oktyabrında Zəngəzur bizimdir
2025-İrəvan Azərbaycandır günün görməkdir.
Azadlığın mübarək dünyanın ən qədim dövlətləri, xalqına sahib Azərbaycan
Zaur Aliyev, dosent


























