image-agstafa-yap-tedbir-4backend

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Azərbaycan son 18 ildə” mövzusunda tədbir keçirilib.

image-reklam_sirab_01

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın kollektivi, ərazi ilk partiya təşkilatının əməkdaşları, Vətən müharibəsi qaziləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə YAP-ın ağstafalı fəalları Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirin keçirildiyi Mədəniyyət Mərkəzinin akt zalında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra böyük monitorda “Azərbaycan son 18 ildə” qısa metrajlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 18 ildə hər bir sahədə qazandığı böyük uğurlara dair məruzələrlə çıxış edib, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizdən geniş bəhs ediblər.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki