Düzqışlaq kənd tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı ilaxır çərşənbə və xalqımızın çöxəsrlik adət-ənənələrini özündə təcəssüm etdirən Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilk dəfə azad edilmiş Qarabağda – 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərinin “Zəfər meydanı”nda alovlandırdığı Novruz tonqalı bir daha bütün dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycandır! Bu həmçinin düşmənlərimiz və onların havadarlarına bir mesaj oldu ki, biz ərazi bütövlüyümüzü, suverenliyimizi, milli ləyaqətimizi bərpa etmişik və bu gün qalib xalq kimi bütün şəhidlərimizin, günahsız insanlarımızın qanını döyüş meydanında ləyaqətlə almışıq.
Səyyar qəbulda vətəndaşlar tərəfindən irəli sürülən müxtəlif məzmunlu müraciət və təkliflər qəbul olunaraq nəzarətə götürülüb. Həlli ilə bağlı müzakirə olunan hər bir məsələyə dair aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və konkret tapşırıqlar verilib.