Ağstafa RİH başçısı Seymur Orucov rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.
Muğanlı sakinləri üçün kəndin tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
RİH başçısı giriş nitqi söyləyərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimi təkcə ölkəmizdə deyil, bütov regionda təhlükəsizliyi və rifahı təmin etmiş oldu. Ölkəmizin tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə baş verən növbəti tarixi hadisə münasibəti ilə hər kəsi təbrik edib.
Bu səyyar qəbulda da vətəndaşlar tərəfindən qaldırılan məsələlər nəzarətə götürülüb, eyni zamanda, qanunamüvafiq izahatlar verilib. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.