image-reklam-veteninfo
image-625695ac61b7c625695ac61b7e1649841580cb42a4267999dc539e59f84110db1e71backend

Akar ABŞ-dan F-16-ların tədarükü ilə bağlı prosesi müsbət qiymətləndirib

image-reklam-veteninfo

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-dan F-16 qırıcılarının tədarükü ilə bağlı məsələyə münasibət bildirib.

Veteninfo xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin F-16-lara ehtiyacı var.

“Bununla yanaşı, əlimizdəki F-16-ların da modernləşdirilməsi lazımdır. Bununla bağlı “Xarici Hərbi Satış” (Foreign Military Sales) çərçivəsində proses başlayıb”, – Hulusi Akar vurğulayıb.

Nazir qeyd edib ki, bu proses ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamenti ilə koordinasiya edilir.

Hulusi Akar Konqresdən ünvanlanan suala ABŞ Dövlət Departamentinin verdiyi cavabın yer aldığı məktubla bağlı sualı da cavablandırıb.

“Məktubda bəzi pozitiv məqamlar var, lakin ehtiyatlı olmaq lazımdır. Bu, uzun bir prosesdir, arzumuz odur ki, müsbət nəticələnsin”, – müdafiə naziri əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki